Misli Premyer Liqasında XII turun növbəti oyunları keçirilir

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasında XII turun növbəti görüşləri bu gün baş tutur. Günün ilk matçında “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edir.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma saat 14:30-da başlayıb. Turnir cədvəlində “Turan Tovuz” 21 xalla üçüncü, “Şamaxı” isə 14 xalla yeddinci pillədə yer alıb.

Günün ikinci oyununda “Şəfa” “Qəbələ” ilə qarşılaşacaq. “SOCAR Polymer Arena”da saat 17:00-da start götürəcək matç öncəsi “Qəbələ” 8 xalla 10-cu, “Şəfa” isə 5 xalla 11-ci sıradadır.

XII turun ilk oyun günündə “İmişli” və “Zirə” 2:2 hesablı heç-heçə edib, “Sabah” isə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edib. Tura noyabrın 22-də yekun vurulacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6