Elçin Qasımov: “Məqsədim yenidən Premyer Liqada oynamaqdır”

Elçin Qasımov: “Məqsədim yenidən Premyer Liqada oynamaqdır”

Azərbaycan II Liqasında çıxış edən “Ağstafa Gəncləri”nin hücumçusu Elçin Qasımov 10 oyunda 17 qol vuraraq bombardirlər siyahısına başçılıq edir. Daha əvvəl “Turan Tovuz” və “Şamaxı”da, həmçinin U-21 yığmasında oynamış 24 yaşlı futbolçu hazırkı nəticəsini komanda yoldaşlarının və məşqçilərinin dəstəyi ilə əldə etdiyini bildirib.

Karyerasındakı enişi özünü sübut etmək üçün bir fürsət kimi dəyərləndirən Qasımov, əsas hədəfinin yenidən Premyer Liqaya qayıtmaq olduğunu qeyd edib. Futbolçu qış transfer dönəmi ilə bağlı maraqların ola biləcəyini istisna etməsə də, hazırda bütün diqqətini “Ağstafa Gəncləri”nə və mövsümün ilk yarısını uğurlu başa vurmağa yönəltdiyini vurğulayıb.

Turnir cədvəlində 5-ci sırada qərarlaşan “Ağstafa Gəncləri”nin hazırkı mövqeyindən razı qalmayan hücumçu, komandasının daha yüksək yerlər uğrunda mübarizə aparmaq potensialına sahib olduğunu bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6