Kəpəz və Qarabağ oyunu üçün 8400 bilet satılıb

Arxiv fotosu; Tahir Gözel
Qarabağ FK · Arxiv fotosu

Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək Misli Premyer Liqasının XII turunun Kəpəz - Qarabağ oyununa azarkeşlər böyük maraq göstərir.

Biletlərin satışının ilk günündə rekord göstərici qeydə alınıb və 1 sutka ərzində 8400 bilet satılıb.

Satılan biletlər 15363 tamaşaçı tutumu olan stadionun təxminən 55 faizini təşkil edir və satışın bu templə davam edəcəyi təqdirdə bütün biletlərin tükənəcəyi gözlənilir.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6