Mehman Allahverdiyev “Kəpəz” klubunun qonağı olub

Gəncə futbolunun əfsanəsi və “Kəpəz”in keçmiş uğurlarında pay sahibi olan Mehman Allahverdiyev klubun qonağı olub.

“Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev veteran futbolçuya komandada görülən işlər və gələcək planlar barədə məlumat verib. A.Abdullayev veteranlara diqqət göstərilməsinin vacibliyini vurğulayaraq, keçmiş oyunçuların ev matçlarına dəvət edildiyini bildirib.

Mehman Allahverdiyev görüşə görə təşəkkürünü bildirib, komandanın çıxışını izlədiyini qeyd edib və uğurlar arzulayıb. Sonda ona xatirə hədiyyəsi təqdim olunub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6