Azərbaycan 1-ci Liqasında 10, 11 və 12-ci turların təqvimi müəyyənləşib

Arxiv fotosu; "Zirə" klubunun finalöncəsi məşqi
PFL · Arxiv fotosu

Azərbaycan 1-ci Liqasında 10, 11 və 12-ci turların oyun proqramı açıqlanıb. Bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

10-cu tur çərçivəsində 8 dekabrda “Baku Sportinq” – “Zaqatala”, 9 dekabrda “Karvan-Yevlax” – “Şahdağ Qusar” və “Mingəçevir” – “Səbail”, 10 dekabrda isə “Şimal” – MOİK və “Xankəndi” – “Gəncəbasar” görüşləri keçiriləcək.

11-ci turun oyunları 16 dekabrda “Şahdağ Qusar” – “Şimal”, “Səbail” – “Baku Sportinq” və “Gəncəbasar” – “Mingəçevir”, 17 dekabrda isə MOİK – “Xankəndi” və “Zaqatala” – “Karvan-Yevlax” matçları ilə davam edəcək.

12-ci turda 23 dekabrda “Mingəçevir” – MOİK, 24 dekabrda “Karvan-Yevlax” – “Səbail” və “Baku Sportinq” – “Gəncəbasar”, 25 dekabrda “Zaqatala” – “Şahdağ Qusar”, 26 dekabrda isə “Xankəndi” – “Şimal” qarşılaşmaları baş tutacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6