“Kəpəz” və “Qarabağ” matçı üçün 8400 bilet satılıb

Arxiv fotosu; “Qarabağ”dan əzmkar qələbə
Qarabağ FK · Arxiv fotosu

Misli premyer-liqasının 12-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununa hələ 5 gün qalmasına baxmayaraq, artıq 8400 bilet satılıb.

“Kəpəz”in “Xəmsə” fanklubunun rəhbəri Müşviq Məmmədov bildirib ki, azarkeşlər oyuna həmişəki qaydada hazırlaşırlar və bu mövsüm Gəncə azarkeşləri ölkə futbolunda fəallıqları ilə seçilir.

Məmmədov komandanın rəqibdən asılı olmayaraq əzmkarlıq göstərəcəyinə inandıqlarını qeyd edib.

Görüş saat 17.00-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6