U-20 millimiz İraq yığmasına qalib gəldi

Arxiv fotosu; U-20-nin Moldova ilə oyunöncəsi məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən təlim-məşq toplanışının son günündə İraq yığması ilə ikinci yoldaşlıq oyununu oynayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarını 25-ci dəqiqədə Nicat Nərimanov, 45-ci dəqiqədə isə Şahin İbrahimov vurub.

Komandalar arasında noyabrın 17-də Sumqayıtda keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6