Natan Oduva Azərbaycan karyerası və azarkeşlər haqqında danışıb

Azərbaycan klublarında çıxış etmiş nigeriyalı hücumçu Natan Oduva karyerasını xatırlayıb. Hazırda azad agent olan 30 yaşlı futbolçu “Keşlə” və "Turan Tovuz"dakı təcrübəsindən bəhs edib.

Oduva “Keşlə”də çətin dövrdə oynadığını, lakin orada yaxşı insanlarla tanış olduğunu bildirib. Futbolçu “Turan Tovuz”da isə əsl ailə mühitinin olduğunu qeyd edib.

Natan Oduva tovuzlu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, azarkeşlər komandaya əlavə motivasiya verirdi və onları məyus etməmək üçün meydanda hər şeyi etməyə çalışırdılar.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6