Misli Premyer Liqasının 10-cu turunda cəzalı futbolçular bəlli olub

"Neftçi" Şamaxı səfəri üçün çarə axtarışında... - ah, xatakar Ribeyro...

Misli Premyer Liqasının 10-cu turu ərəfəsində cəzalı futbolçuların adları açıqlanıb. “Neftçi” və “İmişli” komandaları növbəti matçlarda heyətində itkilərlə üzləşəcək.

“Neftçi”nin müdafiəçisi İqor Ribeyro 9-cu turda “Turan Tovuz”la keçirilən oyunda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzaya məruz qalıb. Bu səbəbdən futbolçu “Şamaxı” ilə səfər matçını buraxacaq. Klub bu qərara görə 1000 manat cərimələnib.

“İmişli”nin futbolçusu Juninyo isə 6-cı turda “Sabah”la qarşılaşmanın 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq 4 oyunluq cəzalandırılıb. Futbolçu “Kəpəz”lə görüşdə komandasına kömək edə bilməyəcək. İntizam Komitəsinin qərarı ilə klub 10 min manat ziyana düşüb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6