Kəpəz və Qarabağ komandalarının heyətlərində zədəli futbolçuların durumu bəlli olub

Misli premyer-liqasının 12-ci turunda noyabrın 22-də keçiriləcək Kəpəz - Qarabağ oyununda hər iki komandanın cəzalı futbolçusu yoxdu.

Kəpəz heyətində Azuma Abubakar və David Domqyen komanda ilə məşqlərə başlayıb və onlarla bağlı narahatlıq yoxdu. Adama Fofana isə fərdi məşq edir və onun oyunda iştirakı sual altındadı.

Qarabağda Elvin Cəfərquliyev fərdi məşqlərini davam etdirir və onun matçda forma geyə bilməyəcəyi dəqiqdi. Xoni Montiel isə komanda ilə məşqlərə qoşulub və baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6