“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də keçiriləcək “Kəpəz” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb. Görüş saat 17:00-da başlayacaq.

Biletlərin qiyməti 2, 3, 5, 10 və 20 manat təşkil edir. Azarkeşlər biletləri iticket.az saytından və ya Gəncə Şəhər Stadionunun kassalarından ala bilərlər.

“Qarabağ”ın titullu klub olması və matçın “Kəpəz”in 2026-cı ildəki son ev oyunu olması səbəbindən görüşə maraq böyükdür. Bu səbəbdən biletlərin qabaqcadan alınması tövsiyə olunur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6