Kurban Berdiyev: “Belə hallara cavab vermək olmaz”

Arxiv fotosu; Kurban Berdıyev
Turan Tovuz PFK · Arxiv fotosu

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib. Mütəxəssis oyunun ağır keçdiyini, lakin futbolçuların azlıqda qaldıqdan sonra xarakter nümayiş etdirdiyini bildirib.

Berdiyev Xorxe Silvanın qırmızı vərəqə almasını yolverilməz adlandırıb. O, birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat olduğunu qeyd edərək, futbolçuların belə hallara cavab verməməli olduğunu vurğulayıb.

Baş məşqçi Joarlem Santosun səhhəti ilə bağlı hələ konkret məlumatın olmadığını bildirib. Futbolçunun boynunda problem olduğunu deyən Berdiyev, vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid etdiyini söyləyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6