Gəncə derbisində heç-heçə qeydə alınıb

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə “Kəpəz” yoxlama görüşündə “Gəncəbasar” komandası ilə üz-üzə gəlib.

Gəncə stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Kəpəz”in heyətində Kennet Kalunqa, “Gəncəbasar”ın heyətində isə İlham Hüseynov qol vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6