“Turan Tovuz”un futbolçusunun çıxış etdiyi Moldova millisi məğlub olub

“Turan Tovuz”un futbolçusunun çıxış etdiyi Moldova millisi məğlub olub

UEFA Millətlər Liqasının C Liqasında Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 24-cü dəqiqədə Samuelsen vurub.

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova yığmasının heyətində matçın 79-cu dəqiqəsində meydana daxil olub.

Bu nəticədən sonra Farer adaları 8 xalla qrupda ikinci, Moldova millisi isə 7 xalla üçüncü pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6