Kəpəz və Gəncəbasar yoldaşlıq görüşündə heç-heçə edib

Kəpəz milli komandaların oyunları ilə bağlı yaranan fasilədən istifadə edərək Gəncə stadionunda Gəncəbasar ilə yoldaşlıq görüşü keçirib.

Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Kəpəzin heyətində Kennet Kalunqa, Gəncəbasarın heyətində isə İlham Hüseynov qol vurub.

Hazırda Kəpəz Misli Premyer Liqasında 17 xalla 6-cı, Gəncəbasar isə I Liqada 16 xalla 2-ci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6