Velko Simiç fərdi məşqlərə qayıdıb

Velko Simiç fərdi məşqlərə qayıdıb

Çempionlar Liqasının 4-cü turunda “Vikinq” ilə oyunda zədəsini ağırlaşdıran “Sabah”ın yarımmüdafiəçisi Velko Simiç fərdi məşqlərə başlayıb.

31 yaşlı futbolçunun milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra hazır olacağı gözlənilir.

Noyabrın 20-də keçiriləcək “Sumqayıt”a qarşı Misli Premyer Liqasının 12-ci tur matçında Simiçin iştirak edib-etməyəcəyi isə hələlik dəqiq deyil.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6