Filipe Kandido “Sabah”a qarşı məğlubiyyətin səbəblərini açıqlayıb

Arxiv fotosu; Filipe Kandido
PFL · Arxiv fotosu

Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt” doğma meydanda “Sabah”a 1:5 hesabı ilə uduzub. Baş məşqçi Filipe Kandido komandasının ilk 15 dəqiqədə yaxşı oynadığını, lakin qırmızı vərəqədən sonra rəqiblə mübarizə aparmağın çətinləşdiyini bildirib.

Kandido oyun ərzində iki ciddi səhvə yol verdiklərini qeyd edib. O, autdan topu rəqibə vermələrini və Blekin sarı vərəqəsi olduğu halda ehtiyatlı davranmayaraq qırmızı vərəqə almasını əsas səhvlər kimi göstərib.

Baş məşqçi stadiondakı atmosferdən razı qaldığını, lakin azarkeşlərə qələbə bəxş edə bilmədikləri üçün məyus olduğunu söyləyib. O, komandasının daha yaxşı nəticələr göstərməyə gücünün çatdığını vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6