Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı “Kəpəz”in məşqini izləyib

Arxiv fotosu; Elvin Cəfərquliyev
Qarabağ FK · Arxiv fotosu

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Şəhər Stadionunda “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasında yaradılan şəraitlə tanış olub. Klubun İdarə Heyətinin sədri Anar Abdullayev icra başçısına görülən işlər və gələcək planlar barədə məlumat verib.

Niyazi Bayramov “Kəpəz”in futbolçuları ilə görüşərək, noyabrın 22-də “Qarabağ”a qarşı keçiriləcək Misli Premyer Liqasının XII turunun oyunu üçün komandaya uğurlar arzulayıb. İcra başçısı futbolçuların “Qarabağ”la matçda qələbə qazanaraq azarkeşləri sevindirəcəyinə inandığını bildirib.

Anar Abdullayev göstərilən dəstəyin futbolçulara əlavə motivasiya verdiyini qeyd edib. O, komandanın çempionatda uğurlu nəticələr qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Görüş çərçivəsində Niyazi Bayramov komandanın məşq prosesini izləyib və klub rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Sonda şəhər rəhbərinə klub tərəfindən hədiyyə təqdim olunub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6