Faiq Hacıyev “Turan Tovuz”dan ayrıla bilər

Faiq Hacıyev “Turan Tovuz”dan ayrıla bilər

Müdafiəçi Faiq Hacıyev oyun praktikasının az olması səbəbindən yanvar ayında “Turan Tovuz”u tərk edə bilər.

Baş məşqçi Kurban Berdıyevin planlarına daxil olmayan 27 yaşlı futbolçu qış transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Premyer Liqa təmsilçilərindən “İmişli” və “Araz-Naxçıvan” müdafiəçinin xidmətində maraqlıdır.

2021-ci ildən “Turan Tovuz”da çıxış edən Faiq Hacıyev cari mövsüm çempionatda cəmi 3 matçda iştirak edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6