AFFA Apellyasiya Arbitraj Tribunalı iki klubla bağlı qərarlarını açıqlayıb

AFFA Apellyasiya Arbitraj Tribunalı iki klubla bağlı qərarlarını açıqlayıb

AFFA Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq qərarlarını elan edib.

“Alanyaspor Baku”nun U-13 komandasının üzvü Cəbrayıl Hüseynovun üç oyunluq cəzası iki oyuna endirilib. Futbolçu oktyabrın 18-də “Step FK” ilə oyunda təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.

“Lion” klubunun Gənclər Liqasında “Turan Tovuz”la matçla bağlı şikayəti də qismən təmin olunub. Həsən Hüseynovun altı oyunluq cəzası və klubun 1200 manatlıq cəriməsi normanın düzgün tətbiq olunmaması səbəbindən ləğv edilib, iş isə yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb.

Qəbul olunan qərarlardan Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək mümkündü.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6