Yuri Vernidub “Neftçi”də mükafatlandırma qaydasını dəyişib

Arxiv fotosu; Yuri Vernidub
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandada pul mükafatlarının verilməsi qaydasında dəyişiklik edib. Ukraynalı mütəxəssisin tələbi ilə bundan sonra futbolçular yalnız qələbə qazandıqları təqdirdə mükafat alacaqlar, heç-heçəyə görə isə ödəniş nəzərdə tutulmur.

Vernidub bu qərarını komandanın çempionluq uğrunda mübarizə aparmalı olması ilə əsaslandırıb. Baş məşqçi futbolçuların hər oyuna yalnız qələbə məqsədi ilə çıxmalı olduğunu və 1 xalı özlərinə yaraşdırmamalı olduqlarını bildirib.

Hazırda “Neftçi” 11 turdan sonra 24 xalla Premyer Liqanın lideridir. Komanda 7 qələbə ilə “Sabah” və “Turan Tovuz”u 3, “Qarabağ”ı isə 5 xal qabaqlayır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6