AFFA-nın Apellyasiya Arbitraj Tribunalı intizam qərarlarında dəyişiklik edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı intizam qərarlarında dəyişiklik edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq hər iki müraciəti qismən təmin edib.

“Alanyaspor Baku”nun futbolçusu Cəbrayıl Hüseynovun 3 oyunluq cəzası 2 oyunluq diskvalifikasiya ilə əvəzlənib.

“Lion” klubunun futbolçusu Həsən Hüseynovun 6 oyunluq cəzası və klubun 1200 manatlıq cəriməsi ləğv olunub, iş isə normanın düzgün tətbiq olunmaması səbəbindən yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb.

Maraqlı tərəflərin qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6