Azər Məmmədov: “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq”

Azər Məmmədov: “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandasının meydanı xalsız tərk etmək istəmədiyini bildirib. Məmmədov futbolçularına göstərdikləri səyə görə təşəkkür edib.

Məşqçi Benitonun fasilədə əvəzlənməsinin taktiki dəyişikliklə bağlı olduğunu açıqlayıb. O, David Domqjoninin yoxluğunu itki kimi qiymətləndirsə də, onu əvəzləyən Ürfan Abbasovun çıxışından razı qaldığını qeyd edib.

Gəncə təmsilçisinin çalışdırıcısı növbəti turda “Qarabağ”la keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib. O, çətin qarşılaşma olmasına baxmayaraq, doğma meydanda oynamağın üstünlüyünü vurğulayıb.

Azər Məmmədov Namik Ələskərovun Azərbaycan millisinə dəvət olunmasını həm futbolçunun, həm də komanda yoldaşlarının zəhmətinin nəticəsi kimi dəyərləndirib. Mütəxəssis, gəncəli futbolçuların milliyə cəlb olunması üçün bölgədəki akademiyalarda köklü struktur dəyişikliklərinə ehtiyac olduğunu bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6