Nəriman Axundzadənin Azərbaycana qayıtması müzakirə olunur

Arxiv fotosu; Nəriman Axundzadə
Arxiv fotosu

Fevral ayında “Qarabağ”dan “Kolumbus Kru”ya transfer olunan Nəriman Axundzadə hazırda çıxış etdiyi “Ərzurumspor”da az şans qazanır. Futbolçu Türkiyə klubunda cəmi 3 oyunda 55 dəqiqə meydanda olub.

Menecer Erkin İbrahimov bildirib ki, futbolçu oynamadığı halda gələcəyi barədə düşünməlidir. Onun sözlərinə görə, Axundzadənin yığma komanda naminə 6 aylığa Azərbaycana qayıtması məqsədəuyğun ola bilər.

İbrahimov qeyd edib ki, daha yaxşı variant olmadığı təqdirdə, futbolçunun mövsümün sonunadək Azərbaycanda çıxış edərək formasını və özünəinamını bərpa etməsi vacibdir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6