Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya çempionatında heç-heçə edib

Arxiv fotosu; Cəlal Hüseynov
Arxiv fotosu

Rumıniya Superliqasının 14-cü turunda “Petrolul” öz meydanında “ÇFR Kluj” ilə 1:1 hesablı heç-heçə edib. Görüşdə qolları 5-ci dəqiqədə Draziç (“ÇFR Kluj”) və 28-ci dəqiqədə Bran Flores (“Petrolul”) vurublar.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 64-cü dəqiqədə Sergiu Hankanı əvəzləyərək meydana daxil olub və 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Petrolul” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6