Timoetuş Puxaç Rumıniya ilə oyunda meydana çıxmayıb

Timoetuş Puxaç Rumıniya ilə oyunda meydana çıxmayıb

“Sabah”ın futbolçusu Timoetuş Puxaçın formasını geyindiyi Polşa millisi UEFA Millətlər Liqası çərçivəsində Rumıniya ilə qarşılaşıb.

Səfər matçı Polşa yığmasının 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Timoetuş Puxaç görüşdə iştirak etməyib və oyun boyu ehtiyat oyunçular skamyasında qalıb.

Polşa millisi 5 turdan sonra 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6