Maudo Jarjue: “Şəfa” üçün çətin dövrdür, amma vəziyyəti dəyişməliyik

“Şəfa”nın müdafiəçisi Maudo Jarjue Premyer Liqanın 9-cu turunda “Kəpəz”ə məğlub olduqları oyunu şərh edib. O bildirib ki, matça yaxşı başlasalar da, son dəqiqələrdə diqqəti itirdikləri üçün rəqibin təzyiqi nəticəsində məğlub olublar.

Qambiyalı legioner komandasının hazırkı durumunu çətin adlandırsa da, vəziyyəti dəyişməyin vacib olduğunu vurğulayıb.

Jarjue haqqında mediada yayılan neqativ xəbərlərə də münasibət bildirib. Futbolçu bu xəbərlərin yalan olduğunu və şayiələrin onun çıxışına təsir etmədiyini qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6