İmişli və Şəfa komandalarının qarşılaşması 4 qolla başa çatıb

Noyabrın 27-də Yevlax şəhər stadionunda keçirilən İmişli və Şəfa komandalarının matçı 4 qolla yadda qalıb. Görüşdə Şəfa komandasından Elnur Cəfərov 14 və 30-cu, Musa Quel isə 56-cı dəqiqədə fərqlənib. İmişli komandasının yeganə qolunu 42-ci dəqiqədə Ronaldo de Souza vurub.

Matçı Fərid Hacıyev idarə edib, ona Rəhman İmami və Tərlan Talıbzadə köməklik göstərib. Görüşdə dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirib.

Hakimlər tərəfindən Azər Salahlı, Seyxan Fərəcov, Elnur Cəfərov və Maudo Jarjue sarı vərəqə ilə cəzalandırılıb. Oyunun birinci hissəsinə 3, ikinci hissəsinə isə 4 dəqiqə əlavə olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6