“Neftçi” və “Zirə” matçına azarkeş marağı aşağı səviyyədədi

Arxiv fotosu; Yevlaxdan 3 xalla dönürük
Neftçi PFK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli premyer-liqasının 13-cü turunda “Neftçi” bu gün saat 19.00-da “Zirə”ni qəbul edəcək. Paytaxt derbisi statusu daşıyan qarşılaşmada “ağ-qaralar” cari mövsümdə məğlub olduğu yeganə rəqibindən qisas almağa çalışacaq.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer-liqada Yuri Verniduba uduzmayan yeganə mütəxəssis kimi diqqət çəkir. “Neftçi” isə rəqibinə qarşı sonuncu dəfə 2024/25 mövsümündə qələbə qazanıb, son 5 oyunda isə 3 heç-heçə və 2 məğlubiyyət qeydə alınıb.

10289 tamaşaçı tutumu olan “Palms Sports Arena”da keçiriləcək matça maraq aşağıdı. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının sözlərinə görə, hazırda cəmi 1500 bilet satılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6