Ramiz Məmmədov Xankəndidəki tarixi oyunla bağlı təəssüratlarını bölüşüb

Birinci Liqada çıxış edən “Xankəndi” komandası işğaldan azad olunan doğma şəhərində ilk ev oyununu keçirib. “Karvan-Yevlax”ın qonaq qismində iştirak etdiyi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xankəndi stadionunda keçirilən oyuna maraq böyük olub və tribunalar dolub. Bu, Qarabağda böyük futbolun yenidən bərpası baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

“Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov tarixi qayıdışın bir parçası olduqları üçün xoşbəxt olduğunu bildirib. Uşaqlığı Ağdamda keçən mütəxəssis illərlə bu günün həsrətində olduqlarını qeyd edib.

Ramiz Məmmədov rəqib “Xankəndi”nin güclü komanda olduğunu vurğulayıb. O, futbolçularının rəqibi 6-7 gün ərzində təhlil etdiklərini və oyuna tam kökləndiklərini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6