İvan Lepiniçanın cəzalı duruma düşmə ehtimalı “Sabah”ı narahat edir

Çempionlar Liqasında tətbiq olunan yeni qaydaya görə, dörd sarı vərəqə alan futbolçu növbəti oyunu buraxmalı olur.

“Sabah”ın yarımmüdafiəçisi İvan Lepiniça “Mançester Yunayted”, “Borussiya Dortmund” və “Barselona” ilə matçlarda aldığı xəbərdarlıqlarla vərəqə sayını üçə çatdırıb.

Xorvatiyalı oyunçu dekabrın 8-də “Vilyarreal”la səfər oyununda növbəti sarı vərəqəni alarsa, yanvarın 20-də “Napoli”yə qarşı keçiriləcək görüşü buraxacaq.

Lepiniçanın mümkün yoxluğu baş məşqçi Valdas Dambrauskas üçün “Napoli” ilə vacib oyun öncəsi ciddi problem kimi qiymətləndirilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6