“Araz-Naxçıvan”da mükafat fondu artırıldı

Arxiv fotosu; Komandamız yoxlama oyunu keçirib
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Premyer Liqada uğursuz çıxış edən “Araz-Naxçıvan” rəhbərliyi komandanın mükafat fondunu artırıb. Naxçıvan Futbol Federasiyasının rəhbəri Zaur Axundovun təşəbbüsü ilə komanda bundan sonra qazanacağı hər qələbəyə görə rəqibdən asılı olaraq 50-70 min manat arası mükafat alacaq.

Naxçıvan təmsilçisi cari mövsümdə keçirdiyi 12 tur ərzində qələbə qazana bilməyib. 8 məğlubiyyəti olan komanda 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub rəhbərliyi nəticələri düzəltmək üçün iki ay öncə Cavid Hüseynovu Yuri Maksimovla əvəzləyib. Lakin hər iki məşqçinin rəhbərliyi altında komanda 2 xal toplaya bilib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6