“Sabah” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Arxiv fotosu; Komandamız məğlub olub
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Misli Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” matçını Vüqar Həsənli idarə edəcək. Ona Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Əkbər Əhmədov kömək edəcəklər.

VAR sistemində Əli Əliyev, AVAR funksiyasında isə Zeynal Zeynalov çalışacaq. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi isə Erkin Hüseynov təyin olunub.

Görüş noyabrın 28-də “Sabah Arena”da saat 19:00-da başlayacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6