Bakıda “Sabah” - “Barselona” oyununda ölən azarkeşlə bağlı təfərrüatlar məlum olub

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

“Sabah” və “Barselona” komandaları arasında keçirilən oyun zamanı dünyasını dəyişən rusiyalı azarkeşin 39 yaşlı Anton Petrişev olduğu müəyyənləşib. O, Bakıya “Barselona”nın matçını canlı izləmək üçün 11 yaşlı oğlu ilə birlikdə gəlibmiş.

Oyunun ikinci hissəsində halı qəfil pisləşən və huşunu itirən azarkeş həkimlər gələnədək vəfat edib. İlkin məlumata görə, ölümə ürəktutma səbəb olub.

Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmen A.Petrişevin həyat yoldaşı və iki azyaşlı övladı qalıb. Mərhumun həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6