Azərbaycanın U-17 və U-19 milliləri seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın U-17 və U-19 milliləri seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Emin Mustafayevin rəhbərlik etdiyi Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin I raunduna Almaniya ilə oyunla start verib. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 seçməsi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə Belqradda Monteneqro ilə qarşılaşıb. Oyun Monteneqro yığmasının 7:2 hesablı qələbəsi ilə başa çatıb.

U-19 millisi noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə üz-üzə gələcək.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6