Timoteuş Puxaç “Lex” klubuna qayıtmaq istəyir

Timoteuş Puxaç "Lex" klubuna qayıtmaq istəyir

“Sabah”ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex” klubuna qayıtmaq niyyətində olduğunu bildirib. 27 yaşlı müdafiəçi bu barədə “Meczyki” nəşrinə müsahibəsində danışıb.

Puxaç “Lex”in inkişafını yüksək qiymətləndirib və orada çıxış etdiyi dövrdə komanda ilə birlikdə böhrandan çıxdıqlarını, Avropa Liqasına vəsiqə qazandıqlarını xatırladıb. O, “Lex”in yetirməsidir və klubun əsas heyətində 82 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

2025-ci ildən “Sabah”da çıxış edən Puxaçın Bakı klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. Futbolçu həmçinin gələcəkdə İngiltərə Premyer Liqasında oynamaq istədiyini də qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6