Azərbaycanda ilk dəfə U-19 futzal liqası yaradılır

Arxiv fotosu; Futzal millimiz Latviya ilə qarşılaşıb
AFFA · Arxiv fotosu

AFFA futzal sahəsində yenilik edərək ölkədə ilk dəfə U-19 liqasının təşkilinə başlayıb. Çempionata dekabr ayında start verilməsi planlaşdırılır, iştirakçı komandaların sayı isə müraciətlərdən asılı olacaq.

Yüksək Liqada bu mövsüm 10 komanda mübarizə aparacaq ki, bu da ötən mövsümlə müqayisədə artım deməkdir. AFFA Yüksək Liqada yarışan hər bir komandaya aylıq 5000 manat maliyyə dəstəyi göstərəcək.

Birinci Liqada isə 11 kollektiv qüvvəsini sınayacaq. 2027/28-ci il mövsümündən etibarən Birinci Liqa komandalarına da maliyyə dəstəyinin verilməsi gözlənilir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6