“Sabah” və “Barselona”nın mətbuat konfranslarının vaxtı açıqlanıb

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” oyunu öncəsi mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas noyabrın 24-də saat 18:00-da mətbuat konfransına qatılacaq, saat 18:30-da isə komandanın media üçün açıq məşqi başlayacaq.

“Barselona”nın baş məşqçisi Hans Flikin mətbuat konfransı həmin gün saat 19:15-ə, media üçün açıq məşqi isə saat 20:00-a təyin olunub.

Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq, mətbuat konfransları da eyni məkanda təşkil ediləcək.

“Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6