Sessi D`Almeydanın çıxış etdiyi Benin yığması qələbə qazanıb

Arxiv fotosu; Doğma meydanda böyükhesablı qələbə!
Neftçi PFK · Arxiv fotosu

“Neftçi”nin futbolçusu Sessi D`Almeydanın formasını geyindiyi Benin millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika ilə qarşılaşıb.

Səfər matçı Benin yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 90+3-cü dəqiqədə Ede Oloko vurub.

Komandanın kapitanı olan Sessi D`Almeyda oyuna start heyətdə başlayıb və matçı tam heyətdə keçirib. Benin 4 turdan sonra 10 xalla qrupda birinci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6