“Polesye” Aleksey Kaşuku transfer etmək istəyib

“Polesye” Aleksey Kaşuku transfer etmək istəyib

Ukraynanın “Polesye” klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko “Qarabağ”ın futbolçusu Aleksey Kaşuku yayda transfer etmək istədiklərini, lakin keçidin baş tutmadığını təsdiqləyib.

Kravçenko 26 yaşlı yarımmüdafiəçinin sürətini və təkbətək mübarizələrdəki bacarığını yüksək qiymətləndirərək, onun komandaları üçün lazım olduğunu bildirib.

Mütəxəssis Kaşuku sırf cinah oyunçusu hesab edir və onun “Qarabağ”da mərkəz hücumçusu və ya xətlər arasında oynadılmasını düzgün saymır.

Noyabrda Ukrayna millisinə dəvət alaraq debüt edən Kaşukun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6