Futzal üzrə Yüksək və Birinci Liqalarda yeni mövsüm başlayıb

Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027 mövsümünə start verilib. “Olimpik Star” idman kompleksində keçirilən 10 qarşılaşmada ümumilikdə 133 qol qeydə alınıb.

Yüksək Liqanın ilk turunda “Şuşa MFC” “Marafon İK”nı 5:2 hesabı ilə məğlub edib. “Neftçi İK” isə “Rəvan FK” üzərində 12:1 hesablı qələbə qazanaraq turun ən böyükhesablı nəticəsinə imza atıb.

Birinci Liqada “Bakı MFK” ilə “İçəri şəhər Bakı” arasındakı oyun turun ən məhsuldar görüşü olub. “Bakı MFK” rəqibini 28:0 hesabı ilə məğlub edib.

Yüksək Liqada “Xankəndi MFK” “İmişli FK”nı 11:3, “Baku Fire” “AtiDel Ordubad PFK”nı 7:3, “Araz-Naxçıvan” isə “Yasamal Bakı”nı 4:1 hesabı ilə üstələyib. Birinci Liqada “Xan Lənkəran MFK” “Xəzər FK”nı 16:0, “Star Kargo” “Neftçala PFK”nı 10:6, “MC Finans” “Metropoliten Bakı”nı 10:3, “Baku Fire-1” isə “Ulduz Bakı”nı 9:2 hesabı ilə məğlub edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6