Elvin Cəfərquliyevin yaşıl meydanlara dönüşü həkimlərin qərarından asılıdı

Arxiv fotosu; Elvin Cəfərquliyev
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev avqustun 13-də Konfrans Liqasının “Dinamo” ilə oyununda sol budunun arxa əzələ qrupundakı vətərdən qismən yırtıq alıb və əməliyyat olunub.

Klubun mətbuat katibi Anar Həsənov bildirib ki, futbolçu hazırda həkim nəzarəti altında fərdi məşqlərini davam etdirir və komandadan kənardadı. Onun nə vaxt geri dönəcəyi həkimlərin verəcəyi qərardan asılıdı.

Noyabrın 3-də paylaşılan məşq fotosunda Elvin Cəfərquliyevin yer alması suallar yaratsa da, Anar Həsənov futbolçunun komanda ilə eyni vaxtda olsa belə, kənarda fərdi şəkildə çalışdığını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6