“Xankəndi”nin baş məşqçisi: “İndiki vəziyyətimizdən razı deyilik”

“Xankəndi”nin baş məşqçisi: “İndiki vəziyyətimizdən razı deyilik”

Birinci Liqanın yeddinci turunda “Baku Sportinq”lə 1:1 hesablı heç-heçə edən “Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov, komandasının qol epizodlarından istifadə edə bilməməsi səbəbindən iki xal itirdiklərini bildirib.

Nəcəfovun sözlərinə görə, komanda üstün oyun nümayiş etdirsə də, qol şanslarını dəyərləndirə bilməmək və oyunu vaxtında “öldürə” bilməmək problemləri nəticəyə təsir edib.

Liqada debüt mövsümünü keçirən “Xankəndi”nin əsas hədəfi çempionatda qalmaqdır. Baş məşqçi komandanın hazırkı vəziyyətindən razı olmadığını, yanvar ayınadək mümkün qədər çox xal toplayıb qışda heyəti gücləndirməyi planlaşdırdıqlarını qeyd edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6