David Şvarqa Mahir Emrelinin oyun təfəkkürünü yüksək qiymətləndirib

Arxiv fotosu; Mahir Emreli
Arxiv fotosu

Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Azərbaycan millisinin üzvü Mahir Emrelinin oyun təfəkkürü və təcrübəsini xüsusi qeyd edib.

Şvarqa bildirib ki, Emreli meydanı görmə bacarığına görə klubun sabiq futbolçusu Ante Çrnaçdan fərqlənir. Baş məşqçinin sözlərinə görə, hər iki oyunçu solaxay olsa və kombinasiya oyununda rahat olsa da, Emreli daha böyük təcrübəyə malikdir.

Baş məşqçi Emrelinin həm kollektiv oyuna uyğunlaşdığını, həm də fərdi ustalığı ilə təhlükəli epizodlar yaratdığını vurğulayaraq, belə bir futbolçuya sahib olduqları üçün sevindiyini bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6