AFFA rəsmiləri UEFA-nın Praqadakı illik konfransında iştirak ediblər

İDMAN

Noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada UEFA-nın Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfransı keçirilib.

Tədbirdə AFFA-nı baş katibin müavini və UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda Avropa klublarının futbol mənzərəsi, lisenziyalaşdırma sahəsindəki yeniliklər, maliyyə davamlılığı, idarəetmə, risklərin idarə edilməsi və maliyyə sahəsində süni intellektin tətbiqi müzakirə olunub.

Bundan əlavə, qadın futbolunda yarışların təşkili, klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunun bu sahədəki 30 illik inkişaf yolu ilə bağlı təqdimatlar keçirilib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6