Azərbaycanda yeni futzal klubu yaradılıb

Arxiv fotosu; Futzal millimiz Latviya ilə qarşılaşıb
AFFA · Arxiv fotosu

Azərbaycanda “Xankəndi” adlı yeni futzal klubu fəaliyyətə başlayıb. Qarabağ bölgəsindən olan şəxs tərəfindən yaradılan komanda Bakıda məşqlərə start verib və qarşıdakı mövsümdən Yüksək Liqada mübarizə aparacaq.

AFFA bu mövsümdən etibarən Yüksək Liqada çıxış edəcək klublara aylıq 5000 manat məbləğində maliyyə yardımı göstərəcək. İndiyədək çempionat iştirakçıları belə dəstək almayıb.

Bu ay start götürəcək ölkə birinciliyində minimum 8 komanda yarışacaq. Keçən mövsüm 6 kollektivin qatıldığı liqada say artımı AFFA-nın klub rəhbərləri ilə keçirdiyi görüşlər nəticəsində mümkün olub.

Ötən mövsüm “Araz-Naxçıvan” çempion olub, “Neftçi” gümüş, “Baku Fire” isə bürünc medalları qazanıb. “Şuşa” klubu isə maliyyə çətinlikləri səbəbindən çıxışını yarımçıq dayandırıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6