Siyasət Əsgərov: “Millidə oynamaq istəyənlər buna layiq olmalıdırlar”

Siyasət Əsgərov: "Millidə oynamaq istəyənlər buna layiq olmalıdırlar"

Azərbaycan qadın millisi UEFA Millətlər Liqasının 2027-ci il mövsümündə C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteynlə mübarizə aparacaq. Baş məşqçi Siyasət Əsgərov rəqiblərin hər birini ciddi qəbul etdiklərini və arxayınlığa yol vermədən maksimum hazırlaşacaqlarını bildirib.

Siyasət Əsgərov komandanın əsas hədəfinin qrup birincisi olaraq B Liqasına yüksəlmək olduğunu qeyd edib. O, nəticə ilə yanaşı, azarkeşlər üçün baxımlı futbol sərgiləməyin də vacib olduğunu vurğulayıb.

Baş məşqçi millidə sağlam rəqabət yaratmaq üçün yeni oyunçuların axtarışında olduqlarını, lakin heyətə cəlb ediləcək futbolçuların buna layiq olmalarının vacibliyini bildirib.

Siyasət Əsgərov son illərdə qadın futbolunda inkişafın müşahidə olunduğunu, futbolçuların əksəriyyətinin ölkə xaricində çıxış etməsinin üstünlük yaratdığını qeyd edib. O, hazırda əsas məqsədlərindən birinin Türkiyədə oynayan futbolçuları Avropa klublarına transfer etmək olduğunu əlavə edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6