İkinci Liqada 10-cu turun hakim təyinatları bəlli olub

Peşəkar Futbol Liqasına istinadən Azərbaycan İkinci Liqasının 2026/2027-ci illər mövsümünün 10-cu turunun hakim təyinatları açıqlanıb. Tur bu gün keçiriləcək bir oyunla başlayacaq, qalan görüşlər isə noyabrın 9-u və 10-da baş tutacaq.

Noyabrın 8-də keçiriləcək “Şəmkir” – “Ağstafa Gəncləri” matçını Nəriman Ağayev, Vüsal Xəlilzadə, İlkin Mustafazadə və Pərviz İbrahimov idarə edəcək.

Noyabrın 9-da “Şirvan” – “Marafon” oyununa Elçin Abdullayev, “Hypers” – “Kür-Araz” qarşılaşmasına Nahid Xasıyev, “Qaradağ Lökbatan” – “Ağdaş” matçına isə Rasim Musayev təyin olunub.

Noyabrın 10-da baş tutacaq “Difai” – “Zəngəzur” görüşünün baş hakimi Kamil Aydınov, “Şəki” – “Dinamo” matçının baş hakimi isə Sənan Bayramzadə olacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6