Vitali Borisov futzal yığmasının uğursuzluğunu yüksək liqanın başlamaması ilə əlaqələndirib

Vitali Borisov futzal yığmasının uğursuzluğunu yüksək liqanın başlamaması ilə əlaqələndirib

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının əsas mərhələsində Latviyaya 1:5 hesabı ilə uduzub, Çexiya ilə isə 2:2 hesablı heç-heçə edib. Nəticədə komandanın qrupu lider kimi tamamlamaq şansı qalmayıb.

Sabiq baş məşqçi Vitali Borisov yığmanın heyətinin təcrübəsiz olmadığını bildirib. O, uğursuzluğun əsas səbəbi kimi noyabr ayı olmasına baxmayaraq, ölkədə yüksək liqanın hələ başlamamasını göstərib.

Borisovun sözlərinə görə, rəqib komandalar çempionat matçları keçirdikləri üçün daha hazırlıqlı və formada olublar. O, yalnız “Araz-Naxçıvan”ın Çempionlar Liqasında keçirdiyi bir neçə oyunun ümumi sistemə ciddi təsir etmədiyini qeyd edib.

Mütəxəssis hazırda heç bir təklifinin olmadığını və klublarda mövcud məşqçilərlə işlərini davam etdirdiklərini bildirib. O, yeni yaradılacağı gözlənilən komandalarla futzalın inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6