“Sabah”ın hücumçusu Coy Lens Mikelslə Türkiyə və Almaniya klubları maraqlanır

“Sabah”ın hücumçusu Coy Lens Mikelslə Türkiyə və Almaniya klubları maraqlanır

“Sabah”ın hücumçusu Coy Lens Mikelsi heyətinə qatmaq istəyən klubların sayı artır. Almaniya əsilli futbolçu ilə Türkiyə Superliqası və Almaniya II Bundesliqa təmsilçiləri maraqlanır.

Daha əvvəl 32 yaşlı forvardın Mönxenqladbax “Borussiya”sına keçəcəyi iddia edilsə də, alman klubu bu istiqamətdə addım atmayıb. Skautlar oyunçunun Premyer Liqa və Çempionlar Liqasındakı çıxışını izləməyə davam edirlər.

Mikelsin mövsümün sonunda “Sabah”dan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6